İsrail ordusunun öz vətəndaşlarını öldürməsi barədə TƏFƏRRÜAT

ABŞ rəsmilərinin İsraili Qəzzada geniş-miqyaslı bombardman və quru əməliyyatları yerinə daha dəqiq şəkildə HƏMAS liderlərini hədəf almağa çağırmasına baxmayaraq, şənbə günü Qəzzada İsrail qüvvələri ilə HƏMAS arasında şiddətli döyüşlər davam edib.

Qəzzanın şimalında sakinlər şənbə gününə keçən gecə viran qalan Qəzza şəhəri və yaxınlıqdakı Cəbəliyə qaçqın düşərgəsində ağır bombardman və atışma səslərinin eşidildiyini bildirib.

Globalinfo.az “amerikanın səsi”nə istinadla bildirir ki, bundan əlavə gecə boyu Xan Yunis və Rəfah şəhərlərində də hava hücumlarının olduğu və tanklardan atəşin açıldığı bildirilib. Fələstinli mətbuat şənbə günü hava hüucmları nəticəsində onlarla fələstinlinin öldüyünü bildirib.

İsrail ordusu şənbə günü Qəzza şəhərində iki məktəbdə reyd keçirdiyini və onların HƏMAS-ın gizləndiyi yerlər olduğunu bildirib. Cümə günü ordu qoşularının Qəzzanın Şicaiyyə bölgəsində HƏMAS-ın komanda-nəzarət mərkəzini məhv etdiyini və Xan Yunisdə militant infrastrukturuna qarşı “hədəfli reyd” keçirdiyini bildirib.

Döyüşlər İsrail Qəzza zolağında quru əməliyyatı zamanı üç israilli girovun İsrail hərbçiləri tərəfindən səhvən öldürməsindən kədərləndiyi bir vaxta təsadüf edir.

İsrail ordusu üç nəfərin vurulduğu zaman köynəksiz olduğunu və onlardan birinin ağ bayraq daşıdığın bildirib ki, bu, təslim olmağa dair universal bir işarədir.

Yüzlərlə nümayişçi Tel- Əviv küçələrinə axışaraq girovların öldürülməsinə etiraz edib.

​Ordunun baş sözçüsü kontr-admiral Daniel Hagari bildirib ki, İsrail əsgərləri cümə günü girovları səhvən təhlükə olaraq görüb və onlara atəş açıb.

​O, girovların onları əsir tutanardan qaçdıqları yoxsa geridə buraxıldıqlarının məlum olmadığını deyib. Onlar İsrail hərbçiləri ilə HƏMAS militantları arasında qanlı döyüşlərin getdiyi Qəzza şəhərinin Şicaiyyə bölgəsində öldürülüb. O, ordunun “dərin kədər” ifadə etdiyini və araşdırma apardığını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu girovların ölümünü “dözülməz faciə” adlandırıb və “bütün girovların sağ-salamat evlərinə qayıtması üçün böyük səylə” davam edəcəyinə söz verib.

Al Jazeera televiziya şəbəkəsi bildirib ki, İsrailin cümə günü zərbəsi nəticəsində bir kamerameni, Samir Əbudaqa, məktəbə hava hücumunu işıqlandırdığı zamanı həlak olub.

Şəbəkənin Qəzza bürosunun başçısı Vail əl-Daduh hücum zamanı xəsarət alıb. Al Jazeera insidentin “Qəzza zolağında müxbirlərini və onların ailələrini hədəf almaq üçün qəsdən edilən cəhd” olduğuna inanır.

Bundan öncə cümə günü İsrail Müdafiə Qüvvələri əsgərlərinin HƏMAS-ın oktyabrın 7-də terror hücumu zamanı girov götürdüyü iki əsgər və bir mülki şəxsin cəsədini tapdığını bildirib.

ABŞ nümayəndəsi

Ağ Evin millitəhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailə səfəri zamanı deyib ki, Vaşinqton İsraili geniş-miqyaslı bombardman və quru əməliyyatları yerinə Qəzzada daha dəqiq şəkildə HƏMAS liderlərini hədəf almağa çağırır.

“Bu mühairbənin başqa mərhələsinə keçid olacaq ki, o, daha dəqiq şəkildə rəhbərliyi hədəf almağa və kəşfiyyata əsaslanan əməliyyatlara yönəldiləcək,” o cümə günü İsrail rəsmiləri ilə iki gün davam edən danışıqlardan sonra müxbirlərə deyib.

“Bunun dəqiq nə zaman və məhz hansı şərtlər altında olacağı Birləşmiş Ştatlarla İsrail arasında davam edən intensiv müzakirələrin bir parçası olacaq,” Sallivan deyib. “Aydındır ki, bunun şərtləri və vaxtı mənim Netanyahu, İsrail hökumətinin digər liderləri və hərbi komandirləri ilə söhbətimin mövzusu idi.”

İsrailin müdafiə başçısı Yoav Qallant cümə axşamı Sallivana deyib ki, Qəzzada onillərdir “yerin altı və üstündə” insfrastrukturunu quran HƏMAS-ı məhv etmək “bir neçə aydan çox” vaxt aparacaq.

“Amma biz qalib gələcəyik, və biz onları məhv edəcəyik,” Qallant deyib.

Sullivan cümə günü İsrail mülki itkiləri azaltmasa, ABŞ-ın hərbi yardımı dayandırıb-qaldırmayacağı ilə bağlı suala cavab verməkdən imtina edərək, razılığa gəlməyin ən yaxşı yolunun şəxsi müzakirələr olduğunu deyib.

İndiyədək, İsrail Müdafiə Qüvvələri Qəzzaya hücumun məhdudlaşdırmasına dair artan qlobal təzyiqlərə müqavimət göstərib.

Sallivan həmçinin cümə günü fələstinli prezident Mahmud Abbasla görüşüb. Görüş zamanı Abbas Qəzzada təcili atəşkəsə və ankalva yardımın artırılmasına çağırıb.