İsrail məscidə qumbara atan əsgəri cəzalandırdı

İsrail Müdafiə Qüvvələri məscidə səs qumbarası atan əsgəri vəzifəsindən uzaqlaşdırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, hadisə İordan çayının qərb sahilindəki Budrus kəndindəki məsciddə baş verib. İmam möminləri səhər namazına çağırmağa başlayanda İsrail əsgəri binaya səs qumbarası atıb.