iran partalyis

İsrailin bir neçə gün öncə İrana məxsus hərbi-strateji obyektlərə zərbə endirməsi ciddi rezonans doğurub. Bu hadisə həm də İsrail-ABŞ tandeminin Tehrana qarşı siyasətini kəskinləşdirdiyini göstərir.

İran ətrafında beynəlxalq koalisiyanın qurulması ehtimalı Ermənistan və Rusiyanı da hədəfə gətirib, çünki hər iki ölkə rəsmi Tehranla müttəfiqdir.

Maraqlıdır, bu proses Ermənistan və Rusiyaya necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, İrana qarşı atılan istənilən neqativ addım onun müttəfiqləri Ermənistan və Rusiyaya təsir edəcək:

“Əvvəla, onu qeyd edim ki, bir neçə gün öncə İsrail dronlar və F-35 təyyarələri ilə İranın bir neçə şəhərində yerləşən hərbi-strateji obyektlərə zərbələr endirdi. Bu, İsrailin timsalında İrana edilən ən ciddi və sonuncu xəbərdarlıqdır. Rəsmi Tehran aqressiv xarici siyasətini davam etdirsə, ona qarşı beynəlxalq koalisiya qurulacaq. Hesab edirəm, İrana qarşı aviazərbələrin davamı olacaq.

Vurulan hərbi obyektlər arasında dron istehsal edən zavodlar, fabriklər də var. Məlum olduğu kimi, İran Rusiya-Ukrayna müharibəsi fonunda Kremlə dron satır. Əlbəttə, bu obyektlərin vurulması satışa ciddi təsir edəcək.

Bundan başqa, İran Ermənistana külli miqdarda raket satır. Yəni  İrandakı obyektlərin vurulması Ermənistana da təsir edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: