Sülhməramlıların Qarabağdan çıxması… – KTMT baş katibi

WhatsApp Image 2024 04 18 at 12.32.46 1

“Bakının Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün öz qüvvələri var”.

Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.

“Qarabağ Azərbaycan Respublikasının ərazisidir, orada təhlükəsizliyin təmin edilməsi üçün Bakının öz qüvvələri var. Düşünürəm ki, regionda sabitlik  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, – deyə KTMT Baş katibi rus sülhməramlılarının Qarabağdan çıxarılması prosesini şərh edib.

Əliyar Xəlil
Globalinfo.az