İsrail ilə HƏMAS arasında müvəqqəti atəşkəs başlayır – ŞƏRTLƏR

İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs bu gün yerli vaxtla saat 10:00-da başlayacaq.

Globalinfo.az xəbər verir ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.

Razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq.

İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək.