İsrail hökuməti Fələstinlə bağlı təklifi rədd etdi

İsrail hökuməti beynəlxalq ictimaiyyətin fələstinlilərlə münaqişənin həllinin yekun statusu və Fələstin dövlətinin birtərəfli qaydada tanınması ilə bağlı “diqtəsi” rədd edib.

Globalinfo.az xəbər verir ki, hökuməti həftəlik iclası zamanı baş nazir Benyamin Netanyahunun bununla bağlı təqdim etdiyi qətnaməni yekdilliklə təsdiqləyib.

Hökumət başçısının aparatının yaydığı məlumatda, İsrailin beynəlxalq diktələri bəyənməməsi ilə bağlı deklorativ qərarıın təsdiqləndiyi qeyd olunur.