İsmayıllı rayonu Mollaisaqlı kənd sakini Mürsəlov Nofəl Mürsəl oğlunun evində yanğın hadisəsi baş verib.
Bu barədə Globalinfo.az-a zərərçəkmişin yaxınları məlumat verib.
Bildirilib ki, hadisə 19 iyun tarixində qeyd alınıb.
Ehtimal olunur ki, yanğına səbəb xarici elektrik naqilində yaranan qısaqapanma olub.
“Ev sahibi 3 uşaq atasıdır. Övladlarından ikisi yüksək nəticə ilə unveristitetə daxil olub, biri isə məktəblidir. Uşaqların təhsili ilə əlaqədar ev sahibi Nofəl Mürsəlov Bakıda idi. Lakin yanğınla bağlı hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məlum deyil. Yanğın nəticəsində N.Mürsəlovun bütün malı-mülkü yanıb”, – deyə yaxınları əlavə edib.
Nofəl Mürsəlov isə saytımıza İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının onlarla maraqlandığını açıqlayıb:
“Hadisə günü də, bu gün də icra başçısı baş çəkmişdi. O, evin sığortası olmadığı üçün hüquqi baxımdan dəstək ola bilməyəcəyini bildirdi. Aydın oldu ki, bizə dövlət tərəfindən yardım göstərilməyəcək. Lakin icra rəhbəri bacardığı qədər kömək etməyə çalışacağını əlavə etdi”.
Zaira Akifqızı
Globalinfo.az