İslandiyada güclü zəlzələ oldu

İslandiyada 5,3 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanların episentri paytaxt Reykyavikdən (əhalisi 118 min nəfərə yaxın) 214 km şimal-şərqdə və 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.