1 1612875772

Füzulidə işğaldan azad olunan ərazidə 2 tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Paylaş: