82 yaşlı prezident xəstəxanaya yerləşdirildi

İrlandiya Prezidenti Maykl Higgins səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Məlumata görə, 82 yaşlı prezident müayinə edildikdən sonra onun xəstəxanada qalmasına qərar verilib.