İrəvandan yeni müharibə anonsu: Bakı bu əraziləri almaq istəyir? – Ohanesyan

“Rəsmi İrəvan bütün platformalarda gələcək müharibədən danışır. Nikol telefonunda kimin nömrəsi varsa, hamısına zəng edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni ekspert Vaqe Ohanesyan deyib.

“Heç kim erməni ictimaiyyətinin bir neçə sadə sualına cavab vermir. Nə zaman, harada, kimlər arasında, nə üstündə müharibə? Müharibənin məqsədi nədir, Azərbaycan nə istəyir? Məqsədsiz müharibə olmur axı. Ağdam yolunu açmaq istəyirlərsə, o zaman niyə Ermənistana hücum etsinlər?

Əgər Azərbaycan ona söz verilənləri, 8 anklavı almaq istəyirsə, onda buna müəyyən anlam vermək olar. Ancaq belə olan halda Ermənistan ictimaiyyəti öz baş nazirinə sual ünvanlamalıdır, bunu necə söylədiniz, hansı haqla söylədiniz? Əgər Azərbaycan söz veriləndən daha artığını istəyirsə, o zaman sual belə olmalıdır: bilmədiyimiz daha nəyi söz vermisən?

Belə çıxır ki, 2018-ci ildən başlayaraq erməni xalqı hərbi material hesab olunur. Bütün müharibələr risklidir, tərəflər ağır əvəz ödəyirlər.

İnsanlara izah etmək lazımdır ki, müharibə siyasi səhvlər və danışıqlarla əlaqəli səbəblərdən asılı olur. Odur ki, müharibədən yayınmaq üçün danışıqlardakı səhvləri düzəltmək lazımdır”, – o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az