İrəvanda təhlükəsizlik xidməti taksi şirkətinə “basqın” etdi – FOTO

İrəvanda təhlükəsizlik xidmətinin əməkdaşları GG-nin (erməni taksi xidməti şirkəti) ofisindəki bütün kompüterləri müsadirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Sergey Arutyunyan məlumat yayıb.

O, şirkətin müflis olduğunu deyib:

“Məhkəmə qərarına əsasən yalnız bir neçə kompüter müsadirə edilməli idi. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları bütün yaddaş daşıyıcılarını götürdülər. Bu addım şirkətin işini iflic etdi”.

Vəkilin sözlərinə görə, bu addım GG taksi şirkətinin sahibi Xaçatur Qriqoryanın keşiş Baqrat Srbazana və onun rəhbərlik etdiyi hərəkata dəstək olduğu üçün atılıb.

Leyla Əlisoy
Globalinfo.az