İrəvan Şəhər Şurasının növbəti iclası zamanı gərginlik yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə müxalifət üzvləri arasında başlayan mübahisə sonradan əlbəyaxa qarşıdurmaya çevrilib.
İclas zamanı yaranan insident səbəbindən zalda qarışıqlıq yaşanıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə və yerli mediada yayılıb.
Safura Bənnayeva
Globalinfo.az