İrəvanda Qarabağ “sənədi” ləğv edilir – Təhlükə varmı?

Xəbər verdiyimiz kimi, keçmiş qondarma rejimin “başçısı” Samvel Şahramanyan antiterror əməliyyatlarından sonra, sentyabrın 28-də “artsax”ın ləğvi ilə bağlı “qərar”ını ləğv etmək istəyir. Sənədə əsasən, keçmiş qondarma rejimin “qurumları” 2024-cü il yanvarın 1-nə kimi bir-bir ləğv olunmalı, qondaram rejim özünü buraxmalıdır.

Maraqlıdır, artıq məhv olmuş separatçı rejimin sözügedən “qərar”ı ləğv etməsi nəyisə dəyişə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, “artsax”ın ləğv olunması ilə bağlı “fərman” qondarma rejimin sonunun etirafı idi:

“Əslində, o sənəd heç bir əhəmiyyətə malik deyildi. Azərbaycan heç vaxt həmin “hakimiyyəti” tanımayıb və ciddi də qəbul etmir. Xunta sonunun çatdığını sözügedən sənədlə etiraf etdi. İndi bunun ləğvi haqda müzakirələr də əhəmiyyətsizdir.

Azərbaycan üçün hər hansı təhlükə yoxdur. Ermənistan Qarabağ məsələsinin bitdiyini rəsmən elan edib. Bunun ardınca erməni tərəfdən hər hansı addımın atılması mənasız olacaq”.

Safura Bənnayeva
Globalinfo.az