Qarabağla bağlı bu “qərar”ı üzə çıxarmağa qorxurlar

Keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan antiterror əməliyyatlarından sonra, sentyabrın 28-də “artsax”ın buraxılması ilə bağlı verdiyi “qərar”ı ləğv etmək istəyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

Sənədə əsasən, keçmiş qondarma rejimin “qurumları” 2024-cü il yanvarın 1-nə kimi ləğv olunmalı, qondaram rejim özünü buraxmalıdır.

Nəşr yazır ki, S.Şahramanyan və Ermənistana köçən digər separatçılar bu qərarın ləğvinə çalışır. Hətta Şahramanyanın imzası ilə qərarın ləğvi ilə bağlı fərman hazırlanıb, lakin separatçılar bu fərmanı ictimaiyyətə açıqlamağa və mətbuatda dərc etməyə çəkinirlər.

Şahramanyan və ətrafı çoxsaylı təzyiqlərə baxmayaraq, buraxılma “fərmanı”nın ləğvindən qorxurlar. İddialara görə, buna səbəb İrəvan hakimiyyətinin Qarabağ məsələsini birdəfəlik bağlamaq istəyi və separatçıları nəzarətdə saxlamasıdır.

Qeyd edək ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olduğu üçün artıq separatçı rejimlə bağlı heç bir tarix əhəmiyyət daşımır.

Ayşən Mustafa
Globalinfo.az