sunami

Panamanın cənubuna yaxın ərazidə 7,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin yerli vaxtla saat 12:56-da Pitaloza Arriba bölgəsində baş verdiyini açıqlayıb. Yeraltı təkanların təxminən 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Zəlzələdən sonra Sakit okeanın şərqində sahilyanı ərazilər üçün sunami xəbərdarlığı verilib.

Məlumata görə, zəlzələdən sonra 2,1-6 maqnitudalı 30-dan çox afterşok qeydə alınıb. Mütəxəssislər təkanların davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Paylaş: