“Ermənistan Baş naziri Nikol Paşinyanın dəliliyini dayandırmaq vaxtı çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.
“Paşinyan erməni aktivistləri Ermənistana buraxılmamaqla İrəvanı, onun diaspor ilə münasibətlərini zəiflədib. Paşinyan bununla özünü avtoritar lider kimi göstərir. O, demokratiyanın fundamental qaydalarını pozmaq haqqına sahib deyil”, – o bildirib.
Qeyd edək ki, Papazyan bundan öncə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Papazyan Avropadakı erməni diasporunun ən nüfuzlu nümayəndələrindən sayılır. Onun Ermənistana girişinə keçən ilin yayından qadağa qoyulub.
İlkin Həsənov
Globalinfo.az