Məlumata görə, universitetdə baş verən partlayışda zərərçəkənlər adablıq işləri aparan şəxslər olub.
Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, bir xilasedici tüstüdən zəhərlənib.
Hadisə baş verdiyi zaman tələbələrin dərhal binadan çıxarıldığı, pedaqoji heyət arasında xəsarət alanların olmadığı bildirilir.
Ermənistan Səhiyyə Nazirliyi bir nəfərin öldüyünü açıqlayıb.
***10:31
İrəvan Dövlət Universitetinin Kimya fakültəsinin binasında partlayış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, universitetin 1 saylı korpusunun aşağı mərtəbələrində baş verən partlayış nəticəsində yanğın başlayıb.
Ermənistan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı həyəcan siqnalının verildiyini açıqlayıb.
Hadisə yerinə xilasedicilər göndərilib.
İlkin məlumata görə, ölən və yaralananlar var.
Ayşən Mustafa
Globalinfo.az