“İlham Əliyev növbəti dəfə istədiyinə nail oldu. Nikol Paşinyan hələ 2020-ci ildə 9 noyabr bəyanatını pozaraq Ermənistan qoşunlarını Qubadlıdan çıxarıb, Sünikə gətirdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının keçmiş vitse-spiker Eduard Şarmazanov deyib.
Eduard Şarmazanov
O, Paşinyanın Qərbə yönəlməsinin arxasında başqa səbəbin dayandığını bildirib:
“Qarabağ məsələsinin həlli üçün iki platforma var idi: Rusiya və Qərb. Rusiya Qarabağ məsələsinin bağlanmaması, gələcəyə saxlanılmasını və status məsələsinin müzakirəsini təklif edirdi. Qərb platforması isə əksinə, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq lazım olduğunu dedi. Bu platforma bizim deyil, Bakının maraqlarına uyğun hərəkət edirdi. Paşinyan da Əliyevin istəyinə uyğun olaraq Qərbi seçdi. Nəticədə 2022-ci il oktyabrın 6-da o, “artsax”ı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bütün Qərb platformalarında bunu təsdiqlədi. Əliyev burada istədiyi hər şeyi aldı. Bundan sonra Ermənistan iki platforma arasında sürüklənəcək və Qərb onu xilas edə bilməyəcək”.
Ayşən Mustafa
Globalinfo.az