İraqın Türkiyədəki konsulluğuna silahlı hücum

67ddcb9f4fa9267ddcb9f4fa93174258883167ddcb9f4fa9067ddcb9f4fa91

İraqın İstanbulun Şişli rayonunun Esentepe ərazisində yerləşən Baş Konsulluğuna silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Silahlı hücum zamanı konsulluq binasına zərər dəyib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Polislərə təhlükəsizliyi artırmaq və gülləkeçirməz jilet geyinmək barədə xəbərdarlıq edilib.

Hücumun təfərrüatı və hücum edənin kimliyi ilə bağlı araşdırma aparılır.