İraqın şimalında türk əsgəri şəhid olub, 3-ü yaralanıb – FOTO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçiridiyi əməliyyat nəticəsində bir əsgər şəhid olub.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

eparatçı terror təşkilatının İraqın şimalında açdığı atəş nəticəsində əsgər Mustafa Öztürkün şəhid olduğu, 3 əsgərin isə yaralandığı bildirilir.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalından Türkiyəyə qarşı hücumları dayandırmaq üçün bölgədə iş aparır.

Nazirlikdən verilən açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya çatdırıldığı və müalicələrinə başlanıldığı bildirilib.