İraqın şimalında iki türk əsgəri şəhid oldu – FOTO

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti əməliyyatda itki verib.

Global.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlu şəhid olub.

Daha 4 hərbçinin yaralandığı deyilir.(report.az)