1751113828 3d3c71bd495217c2f46475ce719c5c6c

Sosial şəbəkələrin İraq seqmentində yayılan görüntülərdə ölkəyə ziyarətə gələn bir zəvvarın əlindəki İran bayrağının alındığı əks olunub.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı ziyarətçiyə “bu bayraq qadağandır, İraqda olmaz” deyə xəbərdarlıq edilib və o, həmin ərazidən uzaqlaşdırılıb.

Hadisə ictimaiyyətdə müzakirələrə səbəb olub və bəzi sosial media istifadəçiləri bunu dini ziyarətlərin siyasi simvollardan uzaq tutulması ilə əlaqələndiriblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: