
İraqda yanğında ölənlərin sayı 77-yə çatıb.
Globalinfo.az xəbər verir ki, cəsədlərdən çoxunun şəxsiyyətini müəyyən etmək mümkün olmadığı bildirilib.
Bununla yanaşı, yeni görüntülər yayılıb.
***10:43
İraqın Kut şəhərinin qubernatoru Məhəmməd Cəmil Meyyahi şəhərin hipermarketində baş verən yanğınla bağlı danışıb.
Globalinfo.az xəbər verir ki, o, ticarət mərkəzinin sahibini məhkəməyə verəcəklərini və 48 saat ərzində yanğının səbəbini açıqlayacaqlarını bildirib.
Onlarla insanın yanaraq öldüyü fəlakətdən ilk görüntülər ortaya çıxıb.
***09:38
İraqda ticarət mərkəzində güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
İlkin məlumatlarda 50 nəfərin öldüyü bildirilib.
Əraziyə çoxlu sayda polis və tibb briqadası göndərilib.
Yanğından sonra İraqda üç günlük matəm elan edilib.
Yanğından ilk görüntü
Əliyar Xəlil
Globalinfo.az