İranın cənubunda yaşayan erməni xristianların parlament nümayəndəsi Qeqard Mənsuriyan Zəngəzur dəhlizi ilə bağlı qərəzli açıqlama verib.
Globalionfo.az xəbər verir ki, o, İranın türkdilli cümə imamlarının Qarabağ məsələsində Azərbaycana dəstəyini və Ermənistanı təcavüzkar kimi qiymətləndirmələrini tənqid edib.
Mənsuriyan bildirib ki, İran və Ermənistan arasında hərbi müqavilə və ya razılaşma yoxdur və Zəngəzur dəhlizini Turan və sionist dəhlizi adlandıraraq bunun məqsədinin İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təzyiq etmək olduğunu vurğulayıb.
O, həmçinin bölgədə Rusiya və İranın roluna diqqət çəkərək qeyd edib ki, bu ərazi İranın tarixi bölgələrindən biridir və həm İran, həm də Rusiyanın məsələdə passiv qala bilməyəcəyini və İranın bölgədə mövcudluğunun çox önəmli olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az