İranla müharibə Fransa iqtisadiyyatı üçün ən azı 6 milyard avro əlavə xərclərə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Roland Leskur “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əlavə xərclərin əsas hissəsi dövlət borcları üzrə faiz ödənişlərinin artması ilə bağlıdır və bu ödənişlər 4 milyard avro arta bilər. Paris həmçinin iqtisadi yavaşlama fonunda vergi gəlirlərinin azalacağını gözləyir.
Nazir qeyd edib ki, G7 ölkələri enerji bazarını sabitləşdirmək üçün strateji neft ehtiyatlarının təcili olaraq buraxılması ehtimalını hələ müzakirə etməyiblər. Ölkələr belə bir qərar verməyə hazır deyillər.
Tahir Turan
Globalinfo.az