WhatsApp Image 2025 01 23 at 14.54.47

Son günlər İranla Azərbaycan arasında gedən proseslər diqqət və maraqla izlənir. Cənub qonşumuz ard-arda bir neçə addım ataraq hər kəsi təəccübləndirib.

Tehranın ilk addımı İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlini Azərbaycana qaytarması ilə başladı. Ardınca İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi.

Yanvarın 22-də Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.

Birgə İqtisadi Komissiyanın həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.

İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.

Paralel olaraq Ermənistanla Azərbaycan arasında sərhəd razılaşması prosesində də İranın ənənəvi mövqedən çıxış etməməsi diqqət çəkir.

Nə baş verdi ki, İran bu qədər yumşaldı və Azərbaycana qarşı lazımsız mövqedən geri durdu. Hansı reallıqlar Tehranı geri çəkilməyə vadar etdi. Ümumiyyətlə, İran bu gedişlərdə səmimidir? Verdiyi sözün, qəbul etdiyin qərarın sona kimi arxasında dayanacaqmı? Yoxsa zaman udmaq üçün manevr edir?

Globalinfo.az saytının direktoru, siyasi yazar Azər Ayxan ARB24 kanalının “İşgüzar səhər” proqramında aparıcı Çinarə Nurməmmədovanın suallarına cavab verib, gündəmi şərh edib.

Verilişin videosunu təqdim edirik:

Paylaş: