İranın yeni prezidentindən Hizbullah liderinə mesaj: “Regional müqavimətə…”

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Hizbullah lideri Seyid Həsən Nəsrullaha mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Məsud Pezeşkian Seyid Həsən Nəsrullaha müraciətində “İranın regional müqavimətə dəstəyi”nin davam etdiriləcəyini bildirib.

Pezeşkian əlavə edib ki, İran İslam Respublikası İsrailin qeyri-qanuni addımlarına qarşı müqavimətin mübarizəsini həmişə dəstəkləyib və bu, rəsmi Tehranın fundamental siyasətinə, eləcə də Xomeyninin prinsiplərinə əsaslanır.

Pezeşkian həmçinin Hizbullah liderinin təbrik mesajına görə təşəkkür edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az