Ölüm xəbəri yayılan “xəyalət general” ortaya çıxıb, bunları dedi

91f1f9ae f47d 45ff 918d f5e472399fc5

İran ABŞ və İsrailin təcavüzünə qarşı uğurla dayanıb və müvəffəqiyyətlə irəliləyəcək”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qani deyib.

Onun sözlərinə görə, İran “sionist rejim” və ABŞ-ın təcavüzünə qarşı son müdafiədə uğur əldə edib və bu yolda inamla irəliləməyə davam edəcək:

“İndiyə qədər uğur qazanmışıq və bundan sonra da müvəffəqiyyətlə irəliləməyə davam edəcəyik. Əgər hamımız Rəhbərin yolu ilə getsək, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, İsrail Qanini bir neçə dəfə öldürməyə cəhd etsə də, o, bütün sui-qəsd cəhdlərindən sağ çıxmağı bacarıb.

Safura Bənnayeva
Globalinfo.az