Tramp iran rat 900x506 1

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İrana təzyiq üçün iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli əməliyyat imkanlarını da nəzərdən keçirir. Vens qarşıdakı aylarda və illərdə İranla bağlı konkret addımların açıqlanmayacağını, bunun Prezident Donald Trampın qərarvermə imkanlarını məhdudlaşdıra biləcəyini deyib.

“Gizli əməliyyat” dedikdə nə nəzərdə tutulur? Qarşıdakı müddətdə İranı nə gözləyir?

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, burada Cey Di Vansin “covert operations” yaxud “gizli əməliyyatlar” ifadəsi xüsusi əhəmiyyət kəsb edir:

“Çünki bu, adi diplomatik təzyiq və ya açıq hərbi əməliyyatdan fərqli olaraq, Vaşinqtonun İran daxilində, yaxud İranın fəaliyyətinə qarşı rəsmi şəkildə ABŞ-a aid olduğu təsdiqlənməyən addımları nəzərdə tutan bir ifadəyə bənzəyir.

Vensin sentyabrın 3-də verdiyi açıqlamaya görə, administrasiya İranla bağlı iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli təzyiq imkanlarını da məxfi saxlayır və konkret planların əvvəlcədən açıqlanmasının Prezident Donald Trampın manevr imkanlarını məhdudlaşdıra biləcəyini düşünür.

elnur enveroglu
Elnur Ənvəroğlu

Ümumiyyətlə, bu termin çox genişdir və konkret əməliyyatın mahiyyəti açıqlanmadığı üçün bu barədə nəsə fərziyyə demək mümkünsüzdür. Amma ABŞ-ın o ənənəvi “covert action” anlayışı çərçivəsində nəzəri olaraq deyə bilərəm ki, Vaşinqton kəşfiyyat və informasiya əməliyyatları aparmaq, yəni İran daxilində məlumat toplamaq, müəyyən məlumatları yaymaq və ya İranın informasiya mühitinə təsir göstərmək planlarını nəzərdə tutur. Bunlar sabotaj və ya kiber hücumlar kimi də xarakterizə edilə bilər.

Əlavə edim ki, İran tərəfi Trampın oğlunun başına qoyduğu məbləğin ardından ABŞ-da Tehranın cəhdlərinə qarşı bir növ “counter defence”, yəni əks-müdafiə tipli bir əməliyyat apara bilər. Həmçinin ABŞ İran daxilində ona xidmət edən bir sıra qruplaşmalarla birgə fəaliyyət göstərməyə və bu ölkənin gizli məlumatlarını ələ keçirməyə, habelə onun əməliyyatlarını boşa çıxarmağa çalışa bilər. Təxminlər çoxdur, amma gizli məlumatlar barədə konkret fikir deyə bilmərəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: