tim

ABŞ-da 66 yaşlı Tim Endryuz genetik modifikasiya edilmiş donuz böyrəyi ilə 271 gün yaşayıb. Bu, heyvan orqanının insanda uzun müddət fəaliyyət göstərdiyi nadir hallardan biridir.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media yazıb.

Hipertoniya və diabetdən əziyyət çəkən Endryuzun nadir qan qrupu ona uyğun donor böyrəyi tapılmasını çətinləşdirib. Bu səbəbdən 2025-ci ilin yanvarında ona genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülüb.

Orqan 9 aya yaxın fəaliyyət göstərərək qanın təmizlənməsini təmin edib və xəstənin iştahı ilə əzələ kütləsinin bərpasına kömək edib. 271 gün sonra böyrəkdə yaranan tromblar səbəbindən orqan çıxarılıb. 2026-cı ilin yanvarında isə Endryuza insan donorundan böyrək köçürülüb.

ABŞ Qida və Dərman İdarəsinin proqramı çərçivəsində başqa müalicə imkanı olmayan beş xəstəyə donuz böyrəyi transplantasiya edilib. Mütəxəssislər bu orqanların gələcəkdə insan donorundan böyrək tapılana qədər müvəqqəti “körpü” kimi istifadə oluna biləcəyini düşünürlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: