İran İsraili raketlərlə vurdu: ölü sayı artır – VİDEO

raket

İsrail xəstəxanaları dünən gecə İranın yeni zərbələri dalğasında yaralanan 385 nəfəri qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.

***

İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Bat-Yamdakı binanın birbaşa vurulması nəticəsində 6 nəfər həlak olub.

Həmçinin Tamraya raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

***01:43

İran Hayfa şəhərinə hücum zamanı hipersəs raketlərindən istifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Eyni zamanda, bildirilir ki, İran İsrailə qarşı həyata keçirilən hücum zamanı ortamənzilli ballistik raketlərdən – “Emad”, “Ghadr” və “Kheibar Shekan” raketlərindən istifadə edib.

***

İranın hücumları nəticəsində İsraildə bir nəfər ölüb, 13 nəfər yaralanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinə məxsus hərbi radio məlumat yayıb.

Həmçinin qeyd olunur ki, sakinlərə sığınacaqdan çıxmağa icazə verilib.

***

İranın İsrailə ballistik raketlər və PUA-larla kütləvi hücumu davam edir. 

Globalinfo.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunur ki, raketlərin bəziləri hava hücumundan müdafiə sistemlərini keçərək Hayfa şəhərində hədəfləri vurub.

 

***

İrandan İsrailə raket hücumunun yeni dalğası başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, raketlər Tehrandan buraxılır.

İsrail tərəfi isə atılan raketlərin havada zərərsizləşdirildiyini bildirir. Həmçinin, İsraildən cavab olaraq Tehrana raketlər atılır.

*** 00:10

SEPAH tərəfindən İrandan İsrailə doğru raketlər buraxılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Tehran rəsmiləri qarşı tərəfi “uzun və gərgin gecə” ilə hədələyib.

İsraildə əhaliyə sığınacaqlarda qalmaq tapşırığı verilib.