Bütün Ukrayna ərazisinə raket hücumu edilir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukraynanın bütün şəhərlərini – xüsusiən Kiyev, Odessa, İvano-Frankovsk, Ternopol, Xmelnitsi – raket zərbələri endirilir.
Bildirilib ki, əsas hədəf Ukraynanın müxtəlif infrastruktur və energetika obyektləridir.
Əksər şəhərlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Bütün Kiyev ərazisində işıqlar kəsilib, metro stansiyalarının fəaliyyəti dayanıb.
Odessada elektrik nəqliyyatı işləmir və içməli su kəsilib.
Raket hücumunun hazırda davam etdiyi bildirilir.