İran onları Ermənistandan çıxaracaq – Erməni politoloq

“İran Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışmır, əksinə Moskva ilə münasibətləri inkişaf etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

A.Kiviryan Rusiyanın regionda olduğu müddətdə İranın kəskin addımlar atmayacağını bildirib:

“Bu, həm də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində İranın ehtimal olunan statusu üçündür. Rusiya, İran və Türkiyə Qərbə münasibətdə Cənubi Qafqazdakı problemlərin həllinə regiondankənar qüvvələrin müdaxiləsinin əleyhinədir. Tehran çox gözəl anlayır ki, Avropa İttifaqının müahidəçi missiyasının fəaliyyəti Azərbaycana qarşı deyil, İran qoşunlarının Ermənistan ərazisinə mümkün təsiri ilə bağlıdır. Belə görünür, müşahidəçilər əslində detektivdir. Sərhəddə yaşanan gərginliklərə nə zaman mane ola biliblər? Rusiyanın mövqeyi Cənubi Qafqazda zəifləyəcəyi təqdirdə, İranın ilk işi həmin missiyanı regiondan çıxarmaq olacaq”.

Ayşən Mustafa
Globalinfo.az