1750185145 kurdistan24

“Biz hazırıq, lakin regional müharibəyə başlamaqda maraqlı deyilik”.

Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyyed Abdolrahim Mousavi deyib.

“Regional müharibənin hədəfləri təcavüzkarlar olsa da, hər bir halda, bu müharibə regionun inkişaf və tərəqqisini illərlə gecikdirəcək”, – deyə o bildirib.

Seyyed Abdolrahim Mousavinin sözlərinə görə, bunun nəticələrinə ABŞ və sionist rejimin müharibə tərəfdarları qatlanmalı olacaqlar.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: