MC999hC999mmC999d Baqer Qalibaf 1 1

İran ABŞ-ın enerji obyektlərinə zərbəsinə bir neçə oxşar zərbə ilə cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.

“ABŞ öz istəklərini xəbər formatında yayaraq ölkəmizi təhdid edir. Bu, böyük səhvdir. Əgər onlar bir obyektə zərbə endirsələr, cavab olaraq bir neçəsini alacaqlar”, – deyə o bildirib.

Qalibaf qeyd edib ki, İran ölkəyə qarşı aqressiyaya görə rəqiblərini peşman edəcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Tehranla sülh razılaşması baş tutmazsa, İranın neft yataqlarına, elektrik stansiyalarına və Xarq adasına zərbə endirilə bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: