İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəqdi münaqişənin uzanacağı təqdirdə qlobal müharibəyə çevriləcəyi barədə xəbərdarlıq edib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, hərbi əməliyyatlar yenidən başlasa, İran bu ilin aprel ayında istehsal edilən raket və pilotsuz uçuş aparatlarından istifadəyə məcbur qalacaq.
Nəqdi İranın raket buraxılış imkanlarının məhv edildiyi barədə iddiaları əsassız adlandırıb. Onun sözlərinə görə, ölkə qısa müddətdə yeni buraxılış qurğuları istehsal etmək gücünə malikdir.
“Onlar deyirlər ki, bizim raket qurğularımızı məhv ediblər. Halbuki, biz istənilən metal emalı sexində buraxılış qurğuları istehsal edə bilərik”, – SEPAH rəsmisi vurğulayıb.
Əliyar Xəlil