“İran istənilən ssenariyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
O bildirib ki, ABŞ-la mümkün müharibə bəyanatları şayiədir:
“Məqsəd regionda vəziyyəti süni şəkildə gərginləşdirməkdir. Bu povestlər və onların yaratdığı psixoloji ab-havanın bizə heç bir təsiri yoxdur. Eyni zamanda, diplomatiya pəncərəsinin açıq qaldığına inanırıq”.
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lər İranla gərginliyin artması fonunda ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr və resurslar köçürdüyü barədə məlumat yayıb.
Günay Rəsulqızı
Globalinfo.az