
“İranda yeni etiraz dalğası gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
“İranda insanlar rejimə qarşı narazılıqlarını ifadə etməyə davam edirlər. Həlak olan etirazçıların ailələri dəfn mərasimləri zamanı hökumət əleyhinə şüarlar səsləndirirlər.
Kermanşahda yaşayan bir qadın nəşrə yazdığı məktubda bildirib:
“Hamımız səmaya baxırıq və ABŞ Prezidenti Donald Trampın bizi bombalayacağına ümid edirik ki, Xamenei və onun rejimini məhv etsin. Biz bir-bir ölməyə hazırıq, amma uşaqlarımızın ağrı və işgəncələr çəkməsini istəmirik”, – nəşrdə yazılıb.
Məlumata görə, Tehranın Böyük Bazarında fəaliyyət göstərən tacirlər ölkə üzrə mağaza sahiblərini 17–18 fevral tarixlərində yenidən küçələrə çıxmağa çağırıblar:
“Bu tarixlər 8–9 yanvarda həlak olanların 40 günlük matəm günlərinin başa çatmasına təsadüf edir. Bazar işçilərinin ticarət assosiasiyasının yaydığı bəyanatda deyilir:
“Biz ölkə üzrə İranın ləyaqətli xalqını eyni vaxtda öz şəhərlərində həlak olanların xatirəsini anmağa və milli üsyanı davam etdirməyə çağırırıq”.
Assosiasiya üzvlərinin sözlərinə görə, bu çağırışların əsas məqsədi müasir tarixdəki ən böyük küçə qətliamının qisasını almaqdır”,- deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az