İranda polis rəisinin maşınına hücum: özü öldü, arvadı…

İranın Saravan şəhərində polis rəisinə sui-qəsd təşkil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası yazıb.

Bildirilib ki, naməlum şəxslər bu gün səhər saatlarında Saravan polis rəisi mayor Əlirza Şəhrakinin maşınını atəşə tutub.

Olay zamanı Şəhraki ölüb, həyat yoldaşı isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.