24d7f150 326c 11ea aef7 aeddb902c3e9

İran İsraillə 12 günlük müharibədən sonra ilk irimiqyaslı dəniz təlimlərini keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Oman körfəzində baş tutan iki günlük təlimlərdə döyüş gəmiləri, sualtı qayıqlar və hərbi dəniz birləşmələri iştirak edir.

Əsas diqqət raketlərin, qanadlı raketlərin və pilotsuz təyyarələrin sınaqlarına yönəldiləcək.

Təlimlər zamanı İranın qərbi üzərində hava məkanı bağlanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: