İranda hökumət məmurları 12 yaşlı uşağı öldürdü – FOTO

Hormozqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.

Məlumatda qeyd edilib ki, hadisə dekabrın 25-də Hormozqan əyalətinin Lamərd-Bəstək yolunda baş verib.

Minik avtomobilinin polislərin “dayan” əmrinə tabe olmadığı üçün atəşə tutulduğu bildirilir.

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib.