İranda əsgər yanlışlıqla yoldaşını güllələdi

Dekabrın 24-ü gecə saatlarında Zahidan şəhərində İran ordusunun əsgəri güllələnərək öldürülüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Bölgədəki durumun həssaslığına görə postda olan hərbçi səhvən hərəkətdə olan şəxsə atəş açıb. Nəticədə yanlışlıqla digər hərbçini öldürüb”, – İran KİV yazıb.