neft yangin

İranın Kirman vilayətinin Xəzra sənaye parkında kauçuk qablar zavodunda yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb.

Kirman vilayəti Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin müdiri Məhəmməd Saberi jurnalistlərə açıqlamasında bildirib ki, baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb. Yaralılar tibb mərkəzlərinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparırlar.

Paylaş: