İranda 50 minə yaxın mühacir saxlanıldı

İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran ordusunun komandiri Əmir Qulamalian məlumat verib.

Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.

“Həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir”, – Ə.Qulamalian deyib.