2022 11 17 11 57

İsrailin Hizbullah lideri Həsən Nəsrullahı da aradan götürməsindən sonra bütün diqqət İranın üzərindədir. Onun müharibəyə girib-girməyəcəyi sual yaradır. İsrailin Baş naziri Benyamin Netanyahu İranın mümkün hücumu ilə bağlı təhdidini də səsləndirir: İran hücum edərsə, İsrail də İrana birbaşa zərbə endirəcək.

İran Nəsrullahın qətlinə cavab verəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İsrail və HƏMAS arasında ötən ildən başlayan müharibə daha da genişlənir:

unnamed file

İlyas Hüseynov

“İsrailin əsas hərbi hədəfləri HƏMAS-a dəstək verən, İsrailə təhdid törədən elementlərin aradan götürülməsidir. Baş nazir Benyamin Netanyahu açıq şəkildə bildirir ki, təhlükəsizliyə təhlükə yaradan bütün ünsürlər aradan qaldırılacaq və sonuncu hərbçinin öldürülməsi ilə müharibə bitəcək. Yaxın Şərqdə ən uzun müddətli müharibə kimi tarixə düşən eskalasiya həm də bir planın içərisində müxtəlif məqsədləri də özündə daşıyır. HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailə hücum planı aktual idi. Lakin rəsmi Tehran sonrakı nəticələri gözə alaraq belə addım atmadı”.

Politoloqun sözlərinə görə, Həsən Nəsrullahın dəqiq kəşfiyyat məlumatları nəticəsində öldürülməsi yenidən İran-İsrail müharibəsi planlarını aktuallaşdırır:

“İran-İsrail qarşıdurmasını həvəslə gözləyən şəxslər bu müharibəni görməyəcəklər. Çünki İran yenidən öz proksi qüvvələri ilə regional mövcudluğunu davam etdirməyə çalışacaq. Birbaşa cavab zərbələri endirməsinə İsrail kəskin reaksiya verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: