İrana qarşı savaş ehtimalı artır – Gizli danışıqlar başladı

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Talibanın ali lideri Heybətullah Axundzadə ilə gizli danışıqlar aparıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, danışıqlarda əsas məsələ Talibanın beynəlxalq ictimaiyyətlə münasibətlərinin yumşaldılması olub.

Tərəflər arasında ilk görüş Əfqanıstanın Qəndəhar şəhərində mayın 12-də baş tutub. Görüşdən sonra ABŞ Prezidenti Cozef Baydenin ətraflı məlumatlandırıldığı vurğulanıb.

Bununla belə, görüş zamanı Taliban qarşısında qaldırılan əsas məsələ taliblərin qızların təhsilinə və qadınların işləməsinə qoyduğu qadağanı ləğv etməsi olub.

Qeyd edək ki, Qətərlə Taliban arasında görüş İran-Əfqanıstan gərginliyindən az öncə baş tutub. Bu da Tehranla yaşanan gərginliyin təsadüf olmadığına dair ehtimalları artırıb.

İlkin Həsənov
Globalinfo.az