İrana cavab zərbəsi: İsrail raketləri niyə İraq ərazisinə düşdü?

“Üç İsrail raketi İraq ərazisinə düşüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Əl Hurra” telekanalı məlumat yayıb.

“İki İsrail raketi İranla həmsərhəd olan Vasit əyalətinə, digəri isə Bağdadın cənubundakı Əl-Lətifiyyə bölgəsinə düşüb”, – mənbə bildirib.

Ehtimala görə, raketlərin İraq ərazisinə düşməsinə səbəb texniki nasazlıq olub.

Amerika mediasının məlumatına görə, cümə günü gecə İsrail İrandakı hədəflərə məhdud cavab zərbəsi endirib. Partlayışların İsfahan şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Əliyar Xəlil,
Globalinfo.az