2026 03 12T024455Z 1 LOV319311032026RP1 RTRMADV STREAM 2000 16X9 MP4 IRAN CRISIS IRAQ TANKERS.MP4.00 01 24 12.Still001 idqboy

İran Silahlı Qüvvələri ölkənin gəmisini saxlayan ABŞ-ın hərbi gəmilərinə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ gəmilərinə hücum pilotsuz təyyarələrlə həyata keçirilib.

Qeyd edək ki, bir qədər əvvəl İran ABŞ-la danışıqlardan imtina edib. Daha sonra ABŞ Oman körfəzində İran bayrağı altında üzən yük gəmisini ələ keçirib.

İsrail Baş naziri Benyamin Netanyahu isə İrana qarşı növbəti əməliyyatların anonsunu verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: