İranla qarşıdurma hələ bitməyib, hər an yeni hadisələr baş verə bilər.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, rəsmi Təl-Əviv İranla münaqişədə məqsədlərinə çatmamış geri çəkilməyəcək.
“Biz çox şeyə nail olmuşuq, lakin bu, son deyil. Hər an yeni hadisələr yaşana bilər”, – deyən Netanyahu dolayı yolla növbəti hərbi əməliyyatların mesajını verib.
Xatırladaq ki, bir qədər əvvəl İran ABŞ-la danışıqlardan imtina edib.
Əliyar Xəlil
Globalinfo.az